Xalq artisti Hacı İsmayılov işdən ayrılması məsələsinə aydınlıq gətirdi

“Artistin yaşı olmur. Bir bəstəkara necə demək olar ki, “sənin 80 yaşın var, musiqi bəstələmə”, rəssama deyəcəyik, “daha rəsm çəkmə”? Eləcə də artistə necə demək olar ki, sənin yaşın 80-dir, daha səhnəyə çıxma?! Yaşın yaradıcı insanlara heç bir aidiyyatı yoxdur”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Xalq artisti Hacı İsmayılov 65 yaşına çatmış şəxslərin təqaüdə çıxması xəbərləri haqda danışarkən deyib.

O, yazılanların yalan məlumat olduğunu bildirib:

“Əvvəla, onu deyim ki, sosial şəbəkələrdə yazılanlar hamısı şayiədir. Digər tərəfdən də, teatrda 10 tamaşa varsa, onun səkkizində mən varam. Hətta dekabr ayında 6 günə 7 tamaşam var. Yaş məsələsinin mənimlə əlaqəsi yoxdur. Kiminsə məni teatrdan çıxarmaq fikri yoxdur. İşimin başındayam”.

Zaira Akifqızı
Globalinfo.az