Xaçmazda 49 yaşlı kişi ürəyindən bıçaqlandı, boğazı kəsildi

Xaçmaz rayonunun Yergüc kəndində bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, kənd sakini 1974-cü il təvəllüdlü 49 yaşlı Cəfər Adayev ürək və boğaz nahiyələrindən 3 bıçaq xəsarəti ilə Xaçmaz Mərkəzi Xəstəxanasına aparılıb.

İlkin məlumata görə, o, özünə xəsarət yetirib.

Hazırda fakt araşdırılır.