Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi

Şəmkir Rayon Polis Şöbəsinə yeni rəis müavini təyin edilib. 

Globalinfo.az Qaynarinfo-ya istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə polis polkovnik-leytenantı Asəf Əhmədov şöbənin xidmət üzrə rəis müavini təyin olunub.

Qeyd edək ki, Asəf Əhmədov 2018-ci ildən sonuncu təyinatadək Salyan Rayon Polis şöbəsinin rəis müavini vəzifəsində çalışıb.