Vilayət Eyvazov generalı vəzifədən azad etdi – FOTO

Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

İ.Məmmədovun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Prezidentin sərəncamı ilə 2014-cü ildə general-mayor rütbəsi verilən İ.Məmmədov elə həmin ildən Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi vəzifəsini tuturdu.

vilayet-eyvazov-generali-vezifeden-azad-etdi