Vilayət Eyvazov bölmə rəisinə yüksək vəzifə verdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Nəriman Bayramov Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin rəisi vəzifəsindən azad edilib.

Digər əmrlə o, Səbail RPİ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, N.Bayramov 2020-ci ildən 43-cü PB-nə rəhbərlik edirdi.