Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

Bakı şəhəri üzrə polis idarələrində yeni təyinatlar baş tutub.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə polis polkovnik-leytenantı Ramil Cəbiyev Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin rəisi vəzifəsindən azad olunub. O, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə rəis təyin edilib.

Digər əmrlə Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzov vəzifəsindən azad edilərək 40-cı Polis Bölməsinə rəis təyin edilib.