Venesuelada zəlzələ nəticəsində həyatını itirənlərin sayı 2 mini keçib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Venezolana de Television” telekanalının efirində ölkə parlamentinin sədri Xorxe Rodriges məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 2 295 nəfərə çatıb.
Xatırladaq ki, iyunun 24-də Venesuelada 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanların episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib.