Vatsapda daha bir mühüm yenilik

Vatsap sosial şəbəkəsində daha bir yeniliyini təqdim etməyə hazırlaşır.

Globalinfo.az-ın məlumatına görə, belə ki, istifadəçi messencerin veb versiyasına yenidən dönüş edərkən şifrə tələb olunacaq.

Şifrəni unutduğunuz halda yenidən smartfonla “QR” kodu skan edib rəqəmlər təyin etməli olacaqsınız.

Funksiya tezliklə istifadəyə veriləcək.