Vaşinqtonda üçtərəfli görüş keçiriləcək

Bu gün Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ xarici işlər nazirləri arasında üçtərəfli görüş keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Bədəlyan yayıb. O, görüş barədə tərəflər arasında razılığın əldə olunduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO sammitində iştirak üçün Vaşinqtona səfər edib.