ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində atəş açan şəxslə bağlı yeni detallar ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” və “New York Post” təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, 31 yaşlı Koul Allen Kaliforniyanın Torrens bölgəsində yaşayıb:
“O, Cənubi Kaliforniyada müəllim və video oyunlarının tərtibatçısı kimi işləyib.
K.Allenin sosial şəbəkə hesablarında 2024-cü ildə “ilin müəllimi” seçildiyi barədə məlumat da yer alıb”.
Qeyd edilib ki, K.Allen repetitorluqla məşğul olan “C2 Education” şirkətində çalışıb:
“Federal Seçki Komissiyasının məlumatına görə, o, 2024-cü ilin oktyabrında Kamala Harrisin prezidentlik kampaniyasına 25 dollar ianə edib”.
Xatırladaq ki, aprelin 25-də Ağ Ev Müxbirləri Assosiasiyası əməkdaşlarının “Vaşinqton Hilton” hotelindəki qəbulu zamanı atışma baş verib. Şübhəli hadisə yerində saxlanılıb, Prezident xəsarət almayıb. Vaşinqtonun federal prokuroru Janin Pirro deyib ki, saxlanılan şəxs 27 aprel bazar ertəsi günü məhkəmə qarşısına çıxacaq.
Safura Bənnayeva
Globalinfo.az