zelenski 1 2

“Kiyev bir neçə ərazi güzəştlərini özündə ehtiva edən sülh müqaviləsinə razı olarsa, ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Prezident Volodimir Zelenskinin ərazini güzəştə getməyə razılaşacağı təqdirdə, Vaşinqton həmçinin Ukraynaya silah tədarükünü artırmağa da hazırdır”, – deyə bildirilib.

Adı çəkilməyən rəsmilərin sözlərinə görə, ABŞ-ın təklif etdiyi öhdəliyə, ehtimal ki, zəmanətlərin NATO-nun 5-ci maddəsini əks etdirə biləcəyi vədi daxildir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: