Vasif Talıbovun daha bir şirkəti ləğv edildi – YENİLƏNİB

FotoJet 37

“Naxçıvan Sığorta” ASC ləğv olunub.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini şirkətin ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Naxçıvan Sığorta” 2014-cü ildən fəaliyyət göstərirdi.

***09:49

“Naxçıvan Sığorta” şirkəti ləğv edilir, onun portfeli “Atəşgah Sığorta” şirkətinə ötürülür.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, bu barədə sığorta şirkətindən bildirilib. Qeyd edilib ki, sığorta şirkətinin ləğvi ilə əlaqədar onun öhdəlikləri dekabrın 15-dən etibarən “Atəşgah Sığorta” şirkətinə ötürülür.

Məlumata görə, bu barədə bu gün səhər saatlarından müştərilərə sms bildirişləri də göndərilir.

Qeyd edək ki, “Naxçıvan Sığorta” şirkətinin 100% səhmdarı “Naxçıvan Bank”dır.

Globalinfo.az xatırladır ki, “Naxçıvan Bank” Talıbovlara məxsus olub. V.Talıbov vəzifədən çıxdıqdan sonra digər əmlaklarla birlikdə sözügedən bank da ondan alınıb.