Vardanyan erməni qadınları belə təbrik etdi – Gülünc addım

Xankəndidəki separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyan erməni qadınlara ünvanlanmış 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrikində Azərbaycanı da xatırlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Ruben erməni qadınların fəaliyyətindən bəhs edərkən onların Azərbaycana qarşı etirazlarına da diqqət çəkib.

“Erməni qadınlar öz hüquqlarını qoruyaraq, beynəlxalq təşkilatlara müraciətlər edərək, Azərbaycanın hücumlarına qarşı etiraz aksiyaları keçirərək və “artsax”da qalmaqda davam edərək bütün haqlarından istifadə edirlər”, – Vardanyan bildirib.

Qeyd edək ki, onun hər fürsətdə, hətta qadınlara ünvanladığı təbrikdə belə Azərbaycanın ünvanına fikirlər səsləndirməsi bu şəxsin Xankəndidə hansı zehniyyətlə qaldığını aydın göstərir.

Aqşin
Globalinfo.az