***10:09
Ermənistan Müdafiə Nazirliyi Kamo Vardanyanın nazir müşaviri təyin edildiyinə dair açıqlamasını təkzib edib.
Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
Nazirlik yüksək vəzifələrə təyinatla bağlı məlumatların hər zaman rəsmi şəkildə açıqlandığı qeyd edib.
Məlumatda Müdafiə Nazirliyində sadəcə Ermənistan vətəndaşlığı olan şəxslərin vəzifələrə təyin edildiyi deyilir. Həmçinin hazırda Ermənistanın müdafiə nazirinin 3 müşavirinin olduğu vurğulanıb.
Qeyd edək ki, Qarabağdakı keçmiş qondarma rejimin son “müdafiə naziri” Kamo Vardanyan “Joxovurd” qəzetinə açıqlamasında Ermənistan müdafiə naziri Suren Papikyanın müşaviri təyin olunduğunu bildirmişdi.
K.Vardanyan hər iki Qaabağ müharibəsi, həmçinin 2016-cı il Aprel döyüşlərində aktiv iştirak edib. O, 2021-ci ildə keçmiş separatçı rejimin hazırda Bakıda istintaq təcridxanasında saxlanılan “rəhbəri” Araik Arutyunyan tərəfindən “müdafiə naziri” təyin olunub. Bir il sonra isə general-leytenant “rütbəsi” verilib.
K.Vardanyan müsahibələrinin birində hər üç müharibədə təsadüfən sağ qaldığını deyib.
Ayşən Mustafa
Globalinfo.az