photo 2025 09 13 23 25 44

“Hazırkı vəziyyət 1938-ci ili xatırladır. O dövrdə Çexoslovakiya dəstəkdən məhrum olub və nasist Almaniyası tərəfindən işğal edilib”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas deyib.

O qeyd edib ki, əgər Ukrayna məğlub olarsa, bütün Avropanın təhlükəsizliyi risk altına düşəcək.

Diplomat əlavə edib ki, Moskva ilə ərazi güzəştləri barədə danışıqlar “tələdir”. Onun sözlərinə görə, Rusiya taktikasında dəyişiklik yoxdur: başqasının ərazisini tələb etmək, təzyiqi artırmaq və nəticədə ilkindən daha çoxunu əldə etmək.

Bundan əlavə, Kallas bildirib ki, Avropa İttifaqı artıq 19-cu sanksiya paketini hazırlayır. Bu zamana qədərki qadağalar nəticəsində Rusiya 450 milyon dollar itirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: