unec

Sosial şəbəkədə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında 5 tələbənin imtahan sisteminə müdaxilə etdiyinə görə universitetdən xaric edildiyi barədə məlumat yayılıb.

Globalinfo.az-ın məlumatına görə, məsələ ilə bağlı UNEC-in mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova APA-nın sorğusuna cavab olaraq bildirib ki, Universitetin Zaqatala filialında elektron imtahan sisteminə müdaxilə faktı müəyyən olunub:

“Bununla əlaqədar olaraq, müdaxiləni təşkil etmiş tələbələr universitetdən xaric olunub, nəticələrinə müdaxilə edilmiş tələbələrin isə imtahan nəticələri ləğv edilib. Həmin tələbələrə ödənişsiz olaraq təkrar imtahan verilməsi üçün şərait yaradılıb”.

Paylaş: