Ukraynalı aktyor müharibədə həlak oldu

Ukraynalı aktyor Yevgeni Svetliçnıy müharibədə həlak olub.

Globalinfo.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə ukraynalı rejissor və prodüser Oleq Sentsov məlumat yayıb.

Məlumata görə, “Jeka” ləqəbli Svetliçnıy Ukrayna Könüllülər Korpusunun “Da Vinçinin canavarları” hücum bölüyündə döyüşürdü.

Qeyd edək ki, Yevgeni Svetliçnıy məşhur “Kərgədan” filmində çəkilib.