Ukraynanın ən vacib şərti sənədə daxil edilməyib – KİV

Screenshot 2025 02 25 230516

Ukrayna ABŞ-ın mineral ehtiyatlarla bağlı irəli sürdüyü sazişi imzalamağa razılıq verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, sənəddə Kiyevin əsas şərtlərindən biri – Ukraynanın təhlükəsizliyinə zəmanətlə bağlı maddə yoxdur.

Qeyd edilir ki, Ukrayna ABŞ-la birgə minerallar, neft və qaz sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəlib.

Aysel Əliyeva
Globalinfo.az