
Rusiya ABŞ-la Ukrayna müharibəsi ilə bağlı danışıqlar aparır.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Financial Times” nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu proses asan deyil və vaxt tələb edir.
“Hazırda gərgin iş aparılır. Amerikalılarla danışırıq. Bu, çətin və çox vaxt tələb edən bir prosesdir. Tez nəticələr gözləməyə dəyməz, çünki bu cür danışıqlar ictimai şəkildə aparıla bilməz”, – Peskov qeyd edib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi isə nəşrə açıqlamasında danışıqların mahiyyəti barədə məlumat verə bilməyəcəyini söyləyib.
Aysel Əliyeva
Globalinfo.az