
Avropa İttifaqı Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacaq.
Globalinfo.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bəyan edib.
Onun sözlərinə görə, ABŞ Rusiyaya qarşı təzyiq göstərmək üçün bütün imkanlardan istifadə etməyib. Kallas əlavə edib ki, Moskva “Pasxa atəşkəsi” ilə sadəcə oyun oynayıb və əslində sülhə can atmır.
O həmçinin bildirib ki, Kiyev və onun Avropadakı müttəfiqləri Vaşinqtonun Kremlə qarşı daha sərt mövqe sərgiləyəcəyini gözləyirdi.
Aysel Əliyeva
Globalinfo.az