Ukrayna muharibəsi

Ukrayna Ali Radası hərbi vəziyyətin və səfərbərliyin daha 90 gün uzadılmasını nəzərdə tutan qanun layihələrini qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə parlamentari Yaroslav Jeleznyak bəyan edib.

Ukraynalı deputatın sözlərinə görə, bu, ölkədə müharibə başlayandan bu günə qədər hərbi vəziyyətin müddətinin uzadılması ilə bağlı parlamentdə keçirilən 7-ci səsvermədir.

Onun sözlərinə görə, hərbi vəziyyət 20 may 2023-cü il səhər saat 5:30-dan 2023-cü il avqustun 18-nə kimi 90 gün müddətinə uzadılıb.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya ölkədə səfərbərlik və hərbi vəziyyətin uzadılması təklifini təqdim edib.

Paylaş: