Ukraynada gizli həbsxana yaradılıb, orada… – Rusiyadan qalmaqallı iddia

img 5646

Ukrayna Silahlı Qüvvələri hərbi əsirlərin işgəncələrə məruz qaldığı gizli həbsxanalar yaradıb.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.

“Əsirlikdən azad edilmiş hərbçilərin əksəriyyəti Ukrayna silahlı birləşmələrinin nəzarəti altında olan döyüşçülərin sistematik işgəncə və təhqirlərə məruz qaldığını qeyd edir. Ən çox belə hallar gizli həbsxanalarda olub”, – Miroşnik bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukrayna kəşfiyyat xidmətləri qadağan olunmuş sorğu-sual üsullarından istifadə edir:

“Belə həbsxanalar Ukraynanın Sumı, Xarkov və Dnepropetrovsk vilayətlərində, eləcə də Kurskda mövcuddur”.

Əliyar Xəlil
Globalinfo.az