17514749686330956386 1200x630

Ukrayna Prokurorlar Şurasının təqdimatı ilə ölkənin Baş prokuroru əslən azərbaycanlı Amil Ömərovu Xarkov Vilayət Prokurorluğunun rəhbəri vəzifəsinə təyin edib.

Globalinfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Ukraynanın Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Amil Ömərovun prokurorluq orqanlarında kifayət qədər təcrübəsi var. O, son 9 ildə prokurorluq orqanlarında rəhbər vəzifələrdə, xüsusən 2021-ci ildən – Xarkov şəhərinin Şevçenko rayon prokuroru kimi fəaliyyət göstərib.

Namizədlik müstəsna olaraq peşəkar keyfiyyətlər, təcrübə və qanunvericilik meyarlarına uyğunluq nəzərə alınmaqla – Ukrayna Prokurorlar Şurasının müvafiq tövsiyəsindən sonra təyin edilib. İcra müddəti 5 ildir.

Qeyd edək ki, Amil Ömərov Azərbaycanın diaspor fəalı, dövlət idarəetməsi üzrə elmlər doktoru professor Azad Ömərovun oğludur.

Paylaş: