zelenski imza

Son günlər Qərbin Ukraynaya verdiyi silahlarla Rusiya daxilinə hücum etməyə icazə verəcəyi ilə bağlı fikirlər səsləndirilir. Lakin ABŞ-da keçiriləcək Prezident seçkiləri ərəfəsində yeni gərginlik yaranmasın deyə bu prosesin baş tutacağı gözlənilmir. Digər tərəfdən Ukraynanın NATO standartlarına uyğun silahlar istehsal etdiyi ilə bağlı da məlumatlar var. Ukrayna Prezidenti Volodimir Zelenski son açıqlamasında bildirib ki, növbəti bir neçə ay həlledici olacaq.

Ukraynanın uğur qazanması hazırda nə qədər inandırıcı görünür?

Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, Ukraynanın silahlandırılması xüsusi önəm daşıyır:

“Rəsmi Kiyev Qərb tərəfindən daha təsiredici silahlarla təchiz edilərsə, hazırkı müharibədə Ukrayna naliyyət əldə edə bilər. Rusiyanın işğalından xilas olacaq. Lakin hələ ki, bu prosesin baş tutması gözlənilmir. Çünki Qərbin verdiyi silahlar müharibədə yekun nəticə əldə etmək, qalib gəlmək üçün deyil, gərginliyi hələ bir müddət də davam etdirməyə hesablanıb”.

samir humbetov 2

Samir Hümbətov

Politoloqun sözlərinə görə, Qərb Ukraynaya müəyyən dərəcədə effektiv silahlar verib:

“Kiyevin Rusiyanın daxilinə doğru irəliləməsi də bu silahlar hesabına baş tutdu. ABŞ-ın daha uzun mənzilli silahları hazırda Ukraynaya verib-verməyəcəyi sual altındadır. Lakin prezident seçkilərindən sonra sözügedən prosesin baş tutması qaçınılmazdır. Silah-sursat verilməsə belə, Ukrayna ərazisində yeni silahlar istehsal edəcək zavodu tikərək Kiyevi müasir texnikalarla silahlandıracaqlar. Bununla bağlı Qərb ölkələri ilə Ukrayna arasında bir neçə ay öncə razılıq əldə edilib”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: