Ukrayna ordusu bəzi yerlərdə Rusiya sərhədinə çatdı

Cəbhənin Xarkov vilayətindəki bəzi hissələrində Ukrayna döyüşçüləri Rusiya ilə dövlət sərhədinə çatıblar.

Globalinfo.az bildirir ki, Modern.az-ın verdiyi məlumata görə, bu barədə Xarkov vilayəti hərbi idarəsinin rəhbəri Oleq Sinegubov Telegram-da bildirib.

“Hərbçilərimiz Xarkov vilayətinin rus işğalçılarından azad edilməsi əməliyyatını davam etdirir. Düşmən mövqelərini tələsik tərk edərək əvvəllər işğal olunmuş ərazilərin dərinliklərinə və ya dərhal Rusiya Federasiyası ərazisinə doğru qaçır”, – o yazıb.

Sinegubovun sözlərinə görə, ruslar Velikiy Burluk yaşayış məntəqəsini və Kupyanski rayonunu tərk ediblər.

“Cəbhənin bəzi bölmələrində müdafiəçilərimiz Rusiya Federasiyası ilə dövlət sərhədinə çatıblar”, – vilayət hərbi idarəsinin rəhbəri qeyd edib.

Oleq Sinegubovun dediyinə görə, 11 sentyabr 2022-ci il tarixinə Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 40-a yaxın yaşayış məntəqəsini düşməndən azad edib.