“Avropa Rusiya və Ukraynanın işlərinə bu qədər müdaxilə etməsə, münaqişə 90 gündən az müddətdə başa çata bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.
O əlavə edib ki, bu halda sülh müqaviləsi daha tez bağlana bilər.
“Bu gün Ukraynaya əhəmiyyətli dərəcədə təsir göstərən Avropadır. Bundan əlavə, maneə olan Prezident Volodimir Zelenski də var. Sazişin yeni Ukrayna lideri tərəfindən bağlanması daha əhəmiyyətli olardı, amma münaqişənin digər tərəfi bu məqsədlə qəsdən onu təxirə sala bilər”, – deyə deputat bildirib.
Əliyar Xəlil
Globalinfo.az