Ukrayna enerji və humanitar böhranın astanasındadır.
Globalinfo.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merz bildirib.
Kansler vurğulayıb ki, mövcud vəziyyət nəzərə alınaraq, Kiyevin müttəfiqləri münaqişəyə son qoymaq üçün səylərini gücləndirirlər.
Bundan əvvəl hərbi analitik Yuri Knutov Ukraynanın yazın sonlarına qədər enerji baxımından 19-cu əsrə qayıda biləcəyini proqnozlaşdırıb.
O qeyd edib ki, Rusiya əvvəllər yalnız transformator yarımstansiyalarını hədəf alırdı, lakin indi şəbəkə keçidini təmin edən ara yarımstansiyaları da vurur.
Tahir Turan
Globalinfo.az