Türkiyənin məşhur aktyorlarından Tekin Temel 56 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə onun meneceri Meriç Esener məlumat yayıb.
Aktyorun səhər saatlarında “Bir yemin ettim” serialının çəkiliş meydançasına getməyə hazırlaşarkən infarkt keçirdiyi bildirilir.
Qeyd edək ki, T.Tekin əsasən “Ezel”, “Acı hayat”, “Böyle bitmesin”, “Veda”, “Çiçek taksi”, “Ayrılsak da beraberiz”, “Dikkat bebek var”, “Bizim aile”, “Çocuklar duymasın”, “Eşkiya dünyaya hükümdar olmaz”, “Quruluş Osman” kimi televiziya işlərinsə rol alıb.