zekeriya

Türkiyənin Azərbaycandakı hərbi attaşesi general-mayor Zekeriya Yalçın təqaüdə göndərilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin komandanlıq səviyyəsinin formalaşdırıldığı Ali Hərbi Şuranın iclası keçirilib.

İclasda general-mayor Zekeriya Yalçın da daxil olmaqla bir neçə generalın təqaüdə göndərilməsi ilə bağlı qərarlar qəbul edilib.

Z.Yalçın fəaliyyətini başa çatdırması ilə bağlı qardaş ölkəyə qayıdıb.

Məlumata görə, ölkəməziə təyin ediləcək yeni hərbi atteşenin adı da məlumdur. Təyinatın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

d32fd8217a0932191d48053e550b4798

Paylaş: