Türkiyənin tanınmış aktyoru faciəvi şəkildə öldü

Türkiyənin məşhur aktyoru Efe Deprem vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, E.Depremin idarə etdiyi motosiklet Mecidiyeköydə baryerə çırpılıb.

Qeyd edək ki, E.Deprem daha çox məşhur “Səksənlər” serialındakı Zəfəri rolu ilə məşhurlaşıb.