turk

Ukrayna ətrafında baş verən son hadisələr münaqişənin daha da gərginləşməsi riskini artırır. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik Şurasının iclasının yekun bəyanatında yer alıb.

Sənəddə qeyd olunur:

RusiyaUkrayna münaqişəsindəki mövcud vəziyyət nəzərdən keçirilib və münaqişənin daha da gərginləşməsi riskini göstərən hadisələrin fonunda diplomatik həll yolunun tapılmasının zəruriliyi vurğulanıb”.

Türkiyə Təhlükəsizlik Şurası həmçinin, regionda davamlı və ədalətli sülhün bərqərar olması üçün Ankara tərəfindən göstərilən səylərin davam etdiriləcəyini bildirib. Qurumun bəyanatına əsasən, Türkiyə tərəfi dialoqu və vasitəçilik təşəbbüslərini önə çəkməkdə qərarlıdır.

Tahir Turan
Globalinfo.az

Paylaş: