“Türkiyəli sahibkarlara məxsus “Yaşar” və “Nadezhda” adlı mülki gəmilər avqustun 3-də Novorossiysk limanını tərk etdikdən sonra dron hücumuna məruz qalıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, Qara dənizdəki gəmilərə hücum nəticəsində Türkiyə vətəndaşlarının da olduğu bir qrup ekipaj üzvü xəsarət alıb. Türkiyə XİN Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün bütün tərəfləri təcili tədbirlər görməyə çağırıb.