
Türkiyə Böyük Millət Məclisinin erməni əsilli keçmiş deputatı Garo Paylanın Ermənistana səfəri müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, iki gün əvvəl İrəvanın Malatiya-Sebastiya inzibati rayonunda yerləşən Avetisyan məktəbində rəhbərlik yuxarı sinif şagirdlərini toplayıb hazır olmalarını tapşırıb.
Məlumata görə, bu hazırlıq Garo Paylanın məktəbə gəlməsi üçün görülüb, lakin onun gedişi çox adamı narazı salıb.
Belə ki, keçmiş deputat ziyarəti müddətində türklərlə ermənilərin mütləq barışmalı olduğunu bildirib. O deyib ki, düşmən münasibətlər artıq sonlandırılmalıdır, yeni nəsil revanş düşüncəsi ilə böyüməməlidir. Çünki nəticədə ermənilər özləri zərərli çıxırlar.
Daha ətraflı videoda:
Ayşən Mustafa
Globalinfo.az