Sevinc Vaqifqızı niyə saxlanılıb? – Vəkili danışdı

“Jurnalist Sevinc Vaqifqızı hazırda dindirilmək müçün Bakı Şəhər Baş Polis İdarəsinə aparılır”.

Bu sözləri Globalinfo.az-a vəkil Elçin Sadıqov “Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) saxlanılması ilə bağlı danışarkən deyib.

O, jurnalistin saxlanılma səbəbini bilmədiyini qeyd edib:

“Axşam evində axtarış aparılıb, amma hər hansı bir predmet aşkar edilmədi. Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığı üçün mən də ora gedirəm. Qeyd edim ki, Sevinc xanımla bağlı hələ heç bir ittiham verilməyib”.

Zaira Akifqızı
Globalinfo.az