Türkiyə və Ermənistan arasında sərhədlərin açılması ilə bağlı işlər sürətləndirilib.
Globalinfo.az xəbər verir ki, bu kontekstdə “Əlican” sərhəd keçid məntəqəsində texniki tədqiqatlar və hazırlıq tədbirlərinə başlanılıb.
Türkiyə KİV yazır ki, Azərbaycandan Ermənistana yanacaq tədarükünün həyata keçirilməsindən sonra Ankaranın da sərhədlərin açılması məsələsinə baxış keçirməsi qərarı gündəmə gətirilib.
Beləliklə, texniki hazırlıq prosesi yekunlaşdıqdan sonra “Marqara” keçid məntəqəsi vasitəsilə ilk olaraq iki ölkə arasında yüklərin daşınmasına başlanılacaq. Ardınca isə sərnişin daşımalarının həyata keçirilməsi planlanır.
Məlumata görə, nəqliyyat əlaqəsinin təmin edilməsi üçün ərazidə yeni yolun tikilməsi və bu xəttin Zəngəzur dəhlizinə birləşdirilməsi nəzərdə tutulur. Beləliklə İğdır bölgəsi istiqamətində hərəkətin təmin ediləcəyi bildirilir.
Əliyar Xəlil
Globalinfo.az