Türkiyədə seçki ilə bağlı son durum açıqlandı – RƏSMİ

Türkiyənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Əhməd Yenər səsvermə prosesi ilə bağlı son durumu açıqlayıb.

O, prosesin öz axarı ilə davam etdiyini söyləyib:

“Hələ ki, hansısa problem yoxdur”.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Bu gün ölkə daxilində 60 milyon 697 min 843 vətəndaş səs verəcək. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.

***
11:53

“Ölkə üzrə səsvermə prosesi heç bir problem olmadan davam edir”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin Mərkəzi Ali Seçki Komissiyasının sədri Əhməd Yenər seçki prosesindəki son durumla bağlı açıqlamasında deyib.

O, seçkilərin tam şəffaf və insidentsiz keçdiyini bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.

Tamerlan Yayaqan
Globalinfo.az