Türkiyədə neçə azərbaycanlı tələbə təhsil alır?

Hazırda Türkiyənin ali təhsil müəssisələrində 35 minə yaxın azərbaycanlı tələbə təhsil alır.

Globalinfo.az bildirir ki, bunu “Report”un Ankara bürosuna müsahibəsində Türkiyənin təhsil naziri, professor Yusuf Tekin deyib.

O bildirib ki, azərbaycanlı tələbələrdən 604-ü Türkiyənin dövlət təqaüdündən (burs) yararlanır:

“Azərbaycanda isə 7 tələbəmiz doktorantura təhsili alır”, – nazir söyləyib.