Türkiyədə ağır qəza: ölənlər var

Türkiyədə ağır yol qəzası olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Dənizlidə idarədən çıxan qumla dolu yük maşını (TIR) idarəetməni itirərək qarşı zolağa çıxıb.

Avtobusla toqquşan yük avtomobili aşıb.

Hadisə nəticəsində 6 nəfər ölüb, 43 nəfər yaralanıb.