yerevan 1711291870

Əli Aslan adlı 41 yaşlı Türkiyə vətəndaşı  Ermənistanda polis tərəfindən saxlanılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Shamsyan” məlumat yayıb.

İrəvanda “London” hotelində qalan Aslanın içkili halda qonaqlar və işçilər qarşısında söyüş söydüyü iddia edilir. Bununla bağlı martın 11-də günorta saatlarında Ermənistan Daxili İşlər Nazirliyinə məlumat verilib.

Nəticədə əməliyyat keçirildiyi və Türkiyə vətəndaşının xuliqanlıqda şübhəli bilinərək Mərkəzi Polis İdarəsinə aparıldığı bildirilir.

Hadisə ilə bağlı müvafiq sənədlər tərtib edilib və Ermənistan Respublikası İstintaq Komitəsinin İrəvan Şəhər İstintaq İdarəsinin Kentron və Nork Maraş inzibati rayonlarının istintaq şöbəsinə təhvil verilib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: