Türkiyə və Suriya liderləri danışdı

erdogan ahmad sharaa 240525

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd əş-Şaraa ilə telefonla danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sosial media hesabında məlumat yayılıb.

Danışıqlarda İsrail ilə İran arasında artan qarşıdurma, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan qeyd edib ki, İsrailin səbəb olduğu zorakılıq dalğası region üçün ciddi təhlükə yaradır və Suriya bu münaqişə mühitindən uzaq qalmalıdır. O, həmçinin, hazırkı gərgin şəraitdə terror təşkilatlarına və radikal qruplara qarşı daha diqqətli davranmağın vacibliyini vurğulayıb.

Aysel Əliyeva
Globalinfo.az