İran ətrafında artan gərginlik fonunda Ankara və Vaşinqton regional təhlükəsizlik məsələləri ilə bağlı yüksək hərbi rəhbərlik səviyyəsində danışıqlar aparıblar.
Globalinfo.az xəbər verir ki, telefon danışığı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu ilə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper arasında baş tutub.
Danışıqlar zamanı tərəflər İran ətrafında vəziyyətin kəskinləşməsini, eləcə də son dövrlərdə müşahidə olunan hərbi fəallığı müzakirə ediblər. Bununla yanaşı, Ankara ilə Vaşinqton arasında ikitərəfli münasibətlər regional təhlükəsizlik kontekstində nəzərdən keçirilib.
Danışıqların detalları rəsmi olaraq açıqlanmayıb.
Əliyar Xəlil