Türkiyə “Uber” şirkətinin ölkədə fəaliyyətini qadağan edib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Məlumata görə, İstanbul Taksi Sürücüləri Dərnəyinin qaldırdığı iddia əsasında aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb:
“Türkiyədə keçirilən məhkəmə qeyri-sağlam rəqabət səbəbindən “Uber”in Türkiyədə fəaliyyətinə qadağa qoyub, həmçinin ölkədə şirkətin internet saytına girişi əngəlləyib”.