FotoJet 2022 12 22T222343.648

Bu gün Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasının foyesində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fotosərgisi nümayiş olunub.

Globalinfo.az-ın “Report”a istinadən xəbərinə görə, sərgi Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyənin Milli Müdafiə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimi çərçivəsində baş tutub.

Azərbaycan və Türkiyənin müdafiə nazirləri Zakir Həsənovla Hulusi Akar, Silahlı Qüvvələrin komandanları, səfirlər, beynəlxalq təşkilatların təmsilçiləri, millət vəkilləri, tanınmış alimlər, kursantlar, qardaş ölkədə yaşayan və çalışan azərbaycanlılar sərgi ilə tanış olublar.

Sərgidə “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabı ilə yanaşı, nəfis tərtibatlı “Şuşa” kitabı, Türkiyə və Azərbaycan Prezidentlərinin bir araya gəldikləri tədbirləri əks etdirən fotolar, iki ölkənin qardaşlığını simvolizə edən şəkillər də yer alıb.

2186c3f9 3e88 353b 9b22 d641c37b142a ec92d183 5195 3c8d a88b a210dba2b2a4 26aae03b 68fe 37a1 90bc e1bdb5d4ff44 3ba68ab9 2a77 391d a9e3 8df54a1e9782 19d7a236 39b8 3294 8424 5f84f75cc074

Paylaş: