Türkiyə Ermənistanla normallaşma prosesini… – Ərdoğan

Türkiyə Ermənistanla münasibətlərin normallaşdırma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcək.

Globalinfo.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Antalya Diplomatiya Forumu 2024”ün açılış mərasimində çıxışı zamanı bildirib.

Ərdoğanın sözlərinə görə, Qarabağın işğaldan azad olunmasından sonra Ermənistanla başlatdıqları normallaşma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcəklər.

O, həmçinin ölkəsinin Türk dünyasının güclənməsi üçün bütün lazımi addımları atacağını əlavə edib.