İsrail və Suriya Suveyda əyalətində atəşkəsin əldə olunması ilə bağlı razılığa gəliblər.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri Tom Barak açıqlayıb.
Səfir tərəflərin ABŞ, Türkiyə, İordaniya və digər Yaxın Şərq ölkələrinin dəstəyi ilə razılığa gəldiyini deyib.
“Biz druzları, bədəviləri və sünniləri silahlarını yerə qoymağa və digər azlıqlarla birlikdə yeni, vahid Suriya kimliyi qurmağa çağırırıq”, – səfir paylaşımında bildirib.
Qeyd edək ki, Suveyda əyalətində bədəvilərlə druzlar ibarət silahlı qruplaşmalar arasında qarşıdurma yanaşdı. Suriya hökuməti buna cavab olaraq əraziyə qoşun yeritdi. İsrail isə qarşılığında durz icmasını müdafiə etmək üçün Dəməşqə zərbələr endirdi.
Əliyar Xəlil
Globalinfo.az