Türkiyədə inflyasiya növbəti dəfə rekordunu yenilədi

Türkiyədə illik inflyasiya növbəti dəfə rekordunu yeniləyib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) ötən ilin eyni dövrünə nisbətən bu ilin oktyabr ayında 85,51%-ə çatıb. Oktyabr ayında qiymətlər sentyabr ayına nisbətən 3,54% artıb.

İllik baza inflyasiya oktyabr ayında 65,26% təşkil edib.

İstehsalçı qiymətləri indeksi sentyabr ayında ötən ilin eyni dövrünə nisbətən 151,50% artımla yüksəlişini davam etdirib. Aylıq istehsalçı inflyasiyası 4,78 faiz təşkil edib.

Qeyd edək ki, Türkiyədə inflyasiya ardıcıl 17 aydır artmaqda davam edir.