63552ee40eb0e63552ee40eb0f166652694863552ee40eb0a63552ee40eb0c

Suriyada 9 İŞİD terrorçusu saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, dünən Əl-Babda 4-ü rəhbər şəxs olmaqla, 9 terrorçu saxlanılıb. Saxlanılan terrorçuların yaxın vaxtlarda Əl-Bab və Türkiyədə terror aktları törətməyə hazırlaşdıqları üzə çıxıb.

Saxlanılanlar arasında İŞİD-in sui-qəsd və edam üzrə məsul şəxsi və Suriya/Şam/Maddava bölgəsi üzrə “əmir”i olan “Abu Mushap” kod adlı terrorçunun müavini, logistika və maliyyə işlərinə məsul nümayəndələri də var.

Paylaş: