Türk ordusu ilə terrorçular arasında atışma: 12 ölü

Türkiyə Silahlı Qüvvələri Suriyada PKK-YPG terrorçularını zərərsizləşdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Belə ki, terrorçular “Fərat qalxanı” əməliyyat bölgəsində Türkiyə ordusunun hərbçilərinə atəş açıblar.

Keçirilən xüsusi əməliyyatla atəş açan 12 PKK-YPG terrorçusu məhv edilib.

Ayşən Mustafa
Globalinfo.az