5194424

Türkiyə Silahlı Qüvvələri üç istiqamətdən Suriyaya daxil olub. 

Globalinfo.az xəbər verir ki, ordu Afrin, Rasulayn və Hələbdən Suriyanın daxilinə doğru irəliləyir.

Məlumata görə, hərbi dəstələr Münbiç xəttinə doğru hərəkət edir. Türk ordusuna məxsus ilk dəstə gecə saatlarında Deyr Ballut sərhəd məntəqəsindən Hələbə daxil olub.

Xarici KİV yazır ki, türk əsgərlərinin hərəkətliliyini görən Suriya Demokratik Qüvvələri toplanmağa başlayıb. Birliklərin olduğu ərazilərə silah və texnika göndərilib.

Maraqlıdır ki, bu addım Türkiyənin Baş Qərargah rəisi Səlcuq Bayraqdaroğlunun  5-6 dekabr tarixlərində Şam şəhərinə səfərindən dərhal sonra atılıb.

Bu qüvvələri Ankaranın Suriya hökumətinə dəstək üçün göndərdiyi deyilir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: