Tural Abbaslı AĞ Partiyanın qeydiyyata alınmasından danışdı

 

“Ədliyyə Nazirliyi AĞ Partiyanın təqdim etdiyi üzvlük siyahılarını geri qaytaran zaman gördük ki, orada 3414 nəfər partiya üzvü kimi tanınsa da, adları reyestrdə çıxmayıb”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı partiyasının qeydiyyata alınması haqda danışarkən deyib.

O, təqdim olunan siyahıda ad, soyad və ya təvəllüdlərdə hər hansı bir yanlışlığın olmadığını bildirib:

“Bu müddət ərzində 5 mindən çox adama zəng edərək, yenidən düzəlişlər etdik. Dolayısı ilə bu nəticəni gözləyirdik. Çünki qeydiyyata alınası iki partiya varsa, onun biri də bizim partiyamızdır”.

Zaira Akifqızı
Globalinfo.az